8 Aralık 2016 Perşembe

Şokoladlı Peçenye Resepti

Yarım paket margarin təxmini 150 qram
2 ədəd yumurta,
1 stəkan qarğıdalı nişastası,
Yarım su stəkanı şəkər kirşanı,
Yarım su stəkanı maye yağı,
1 paket droj
3 su stəkanı un.
80 q südlü şokolad (1 paket),

Şokoladlı Peçenye Hazırlanması

Bir qaba marqarini və yumurtaları qoyub yaxşıca qarışdırın.

Üzərinə maye yağı, nişasta və kirşanı şəkərini əlavə edib yenidən qarışdıraq.

Sonra droju və unu əlavə edib, ələ yapışmayan yumşaq şəkildə xəmiri yoğuraq.

Xəmirdən qoz boyda götürüb forma verək.

Hazırladığımız peçenyeləri yağlı kağız sərdiyimiz tavaya aralı-aralı düzək.

Əvvəlcədən isidilmiş 180° sobada üstü ağ qalacaq şəkildə təxminən 10 dəqiqə bişirək.

Soyuyan peçenyeləri əvvəl əriydiyimiz şokolada sonra da tort bəzəyinə batırıb boşqaba alaq.

Hamısı bu qədər şokoladlı peçenyemiz hazırdır.
Üstünün bəzəklərini zövqünüzə əsasən dəyişə bilərsiniz

Hiç yorum yok:

Yorum Gönder