2 Aralık 2016 Cuma

Qaymaqlı Peçenye Resepti

qaymaqlı peçenye
Qaymaqlı Peçenye Üçün Ərzaqlar

150 qram kərə yağı
100 qram qaymaq
1 ədəd yumurta
yarım su stəkanı şəkər kirşanı
1 yemək qaşığı bal
2,5 su stəkanı un
1 paket vanilin
1 paket qabartma tozu

Bişirmə mərhələsindən əvvəl istəsəz üzərinə fındıq, qoz və ya badam səpərək sobaya ata bilərsiniz.

Bişirilməsi

Otaq temperaturunda kərə yağını, qaymağı və şəkər tozunu bir qabın içinə alın.

Mikser köməyilə krem halın çevrilənə qədər qarışdırın.

Sonra içinə yumurtanı qıraraq əlavə edin və 1 dəqiqə daha çırpın.

Qarışığın içinə un, vanilin və qabartma tozunu ələkdən keçirərək əlavə edin və homogen bir xəmir olana qədər yüngülcə yoğurun.

Əldə etdiyiniz xəmiri falqaya sarın və soyuducusunda təxminən 30 dəqiqə qədər gözlədin.

Gözləyən xəmiri soyuducudan çıxarın. İki yağlı kağızın arasına yerləşdirin və pər köməyi ilə açın. Çox incə olmamasına diqqət yetirin.

Sonra yumru bir kökə qəlibi, qəhvə fincanı altlığı, yada arzuladığınız qəlib ilə forma verin.

Kökələri bişirmə kağızı seriyalı soba listinin üzərinə alın və daha əvvəldən isidilmiş 180 dərəcəlik sobada təxminən 15 dəqiqə bişirin.

Sobadan çıxarın və hazırdır..

Hiç yorum yok:

Yorum Gönder