9 Aralık 2016 Cuma

Pizza Pirojnası Resepti

Pizza Pirojnası Resepti Üçün Ərzaqlar

2 ədəd yumurta,
1 su stəkanı ilıq süd,
1 çay stəkanı ilıq su,
1 çay stəkanı maye yağ,
2 xörək qaşığı qatıq,
2 xörək qaşığı şəkər tozu,
1 xörək qaşığı duz,
10 qram instant maya ,
Lazımı qədər un.

Üstü üçün
Pomidor,
İstiot,
Tumları çıxarılmış zeytun ,
Ağ pendir,
Yumurta sarısı,
Küncüt.



Pizza Pirojnası Hazırlanması

Bir qaba ilıq südü, ilıq suyu, şəkər tozu və maya qoyub yaxşıca qarışdıraq.

Üzərinə yumurta ağlarını, maye yağı, qatqı və duzu əlavə edib təkrar qarışdıraq.

Sonra üzərinə unu əlavə edib, ələ yapışmayan yumşaq bir xəmir yoğuraq.

Xəmirin üzərini örtüb ilıq bir mühitdə 1 saat mayalandırırıq.

Mayalanan xəmirdən naringi böyüklüyündə parçalar qoparıb yumurladıqdan sonra düzək.

Hazırladığımız pirojnaları yağlı kağız ilə örtülmüş tavaya aralı olaraq dizək.

Pirojnaları tavada 30 dəqiqə daha mayalandırırıq.

Tavada gözləyən pirojnaların ortasına çay stəkanın arxası ilə sıxıb çala formasına salaq.

Pirojanların hər yerinə yumurta sarısı sürtək.

Pirojanların oyuq hissələrinə bir parça pendir, dilim-dilim kəsilmiş pomidor, istiot və zeytun yerləşdirək.

Pirojanlarnı kənarlarına küncüt vuraq.

Əvvəlcədən isidilmiş 175° istilikdəki sobada üstü qızarana qədər bişirək.

Pizza Pirojanasını istəyə görə isti və ya soyuq olaraq servis edin.

Siz istəyə görə sosiska, kolbasa, ya da göbələk əlavə edə bilərsiz.

Hiç yorum yok:

Yorum Gönder